Şriftin ölçüsü :

Saytın rəngi :

Həkəriçay Kəndli-Fermer Təsərrüfatı

  Təsisçisi və rəhbəri Dərgah Rüstəmovdur.
Dərgah Rüstəmov 1965-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1975-ci ildə Qubadlı rayon Qaralar kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1985-ci ildə isə Mahruzlu kənd orta məktəbini bitirmişdir. O, 1985-ci ildə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakultəsinə daxil olmuş, 1992-ci ildə həmin universiteti bitirmiş və alim-aqronom ixtisasına yiyələnmişdir. Ali təhsil aldığı dövürdə keçmiş Sovetlər birliyinin hərbi hissələrinin birində hərbi xidmətdə olmuşdur.
     D.Rüstəmov əmək fəaliyyətinə Qubadlı barama tədarükü müəssisəsində başlamış, daha sonra Xırdalan Xəz-Dəri Kombinatında direktor müavini, 2000-ci ildə isə Xırdalan Süd Kombinatının idarə heyətinin sədri vəzifəsində çalışmışdır.
    Dərgah müəllimi kənd təsərrüfatının inkişafına əməli xidmət göstərmək həmişə düşündürmüşdür. Doğma Qubadlı torpaqlarının işğalı onu bu ideyasının İsmayıllı rayonunda gerçəkləşməsinə səbəb olmuş o, 2008-ci ildə Kəlbənd kəndində Həkəriçay KFT-nın bazasında toxumçuluq təsərrüfatı yaratmışdır. Aqrar sahədə əldə etdiyi nəzəri bilikləri praktiki olaraq həyata keçirmək istəyi ilə o, məhsuldar taxıl sortlarını rayonun Kəlbənd, Mollaisaqlı, Aşıqbayram və başqa kəndlərində icarəyə götürdüyü əkin sahələrində əkib becərir. Yüksək aqrotexniki qulluq, məhsuldar və yüksək reproduksiyalı taxıl sortları Dərgah müəllimin ümidlərini doğruldur və hər hektardan 38-40 sentner məhsul götürməyə nail olur. Onun rəhbərlik etdiyi “Həkəriçay” Kəndli Fermer Təsərrüfatı 2012-ci ildə 162 ton, 2013-cü ildə isə 294 ton yüksək reproduksiyalı taxıl toxumları istehsal edərək fermerlərə satmışdır.
    D.Rüstəmov bir aqronom kimi daim yeniliyə can atır, mütərəqqi texnologiyaları, yeni texnikaları, təzə rayonlaşdırılan taxıl sortlarının sınaqdan keçirməyə həvəs göstərir. Onun müasir taxıl anbarı, toxum təmizləyən maşını və digər kənd təsərrüfatı texnikaları vardır.


     

Keçidlər