Şriftin ölçüsü :

Saytın rəngi :

Məhərrəmov Nəbi Bağı oğlu

    Talıstan kəndində fəaliyyət göstərən “Talıstan” Fermer Təsərrüfatının təsisçisi Məhərrəmov Nəbi Bağı oğludur. N.Məhərrəmov 10 dekabr 1965-ci ildə Talıstan kəndində anadan olub. 1971-ci ildə Talıstan kənd orta məktəbinin 1-ci sinifinə gedən N.Məhərrəmov 1982-ci ildə həmin məktəbin 10-cu sinifini qutarıb və həmin il Azərbaycan İnşaat Mühəndislər İnstituna daxil olub. 1980-ci ildə həmin institutu qutararaq mühəndis-meliorator ixtisasını almışdır. 1984-1986-cı illərdə Moskva şəhərində hərbi xidmətdə olub. Ailəlidir. 4 övladı var.
     “Talıstan” Fermer Təsərrüfatı damazlıq-qoyunçuluq istiqamətində fəaliyyət göstərir. Təsərrüfatın 750 baş xırda və 12 baş iri buynuzlu mal-qarası var. Fermer hər 100 ana qoyundan 75-80 baş sağlam quzu alır. Hər baş qoyundan 2 - 2,7 kq yun əldə olunur.
     Təsərrüfatın icarəsində 216 hektar yay və 500 hektar qış otlaq sahələri vardır. Təsərrüfat taxılçılıqla da məşğul olur, belə ki, hər il 100-120 ha sahədə payızlıq taxıl əkilir. Taxıl sahəsinin hər hektarından 26-28 sentner məhsul götürülür. Təsərrüfat 2010-cu ildə 200 ton, 2011-ci ildə 190 ton, 2012-ci ildə 220 ton, 2013-cü ildə isə 260 ton taxıl istehsal etmişdir. İstehsal olunmuş məhsullar daxili bazarda satılır. Dövlət tərəfindən fermerlərə şamil edilən güzəştlərdən və yardımlardan N.Məhərrəmov da faydalanır. Təsərrüfatdan 4 ailə əmək haqqı alır.

 

Keçidlər