Şriftin ölçüsü :

Saytın rəngi :

İsayev Nüsrət Allahverdi oğlu

  01 iyun 1957-ci ildə Cülyan kəndində anadan olub. O, 1966-cı ildə Cülyan kənd 8 illik məktəbin 1-ci sinifinə gedib və 1976-cı ildə İsmayıllı şəhər 3 nömrəli məktəbini bitirib. N.İsayev 1976-1978-ci illərdə Kaluqa şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olub. 1976-cı ildə Bakı Politexnik Texnikumumum qiyabi şöbəsinə daxil olan Nüsrət 1991-ci ildə həmin texnikumun Binaların Sanitariya Texniki Qurğularının İstismarı üzrə mühəndislik ixtisasına yiyələnmişdir.

    Təhsil aldığı müddətdə tikinti təşkilatlarında və Nizami adına kolxozda müxtəlif vəzifələrdə çalışmışdır. Sonralar tədarük kontorunda işləmişdir. Təsərrüfatların islahata getməsi ilə əlaqədar işsiz qalan Nüsrət İsayev 1998-ci ildə mövcud təsərrüfatını yaratmışdır.
     Onun təsərrüfatında 450 baş xırda, 30 baş isə iri buynuzlu mal-qarası var. Hər 100 baş ana qoyundan 98 baş sağlam quzu, hər qoyundan isə 2,5 kq yun əldə edir.
      Fermerin icarəsində 80 hektar yay otlaq sahəsi olsa da qışlağı yoxdur. Fermer təsərrüfatda istehsal etdiyi məhsulları daxili bazarda satır. Təsərrüfatda 4 ailə çalışır və əmək haqqı alır.

                              

 

Keçidlər