Şriftin ölçüsü :

Saytın rəngi :

Zalov Rəşid Sadiq oğlu

  04 mart 1959-cu ildə Bəhliyan kəndində anadan olmuşdur. 1967-ci ildə Şəbiyan kənd 8-illik məktəbinin 1-ci sinfinə gedən Rəşid 1967-ci ildə İsmayıllı şəhər 3 nömrəli məktəbin 10-cu sinfini bitirmişdir. Orta təhsillidir.
    1967-1969-cu illərdə Çelyabinsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Ə.Bayramov adına sovxozda sürücü, sonra isə təmir üzrə usta işləmişdir.
    1995-1999-cu illərdə “Bəhliyan” KFT-nın rəhbəri olub. 2000-ci ilin bələdiyyə seçkilərində Şəbyan bələdiyyəsinin sədri seçilib və 2009-cu ilədək həmin vəzifədə çalışmışdır. Bələdiyyə sədri işləyən zaman təsərrüfatla məşğul olan Zalov Rəşid hal-hazırda da əkinçilik və maldarlıqla məşğul olur.
    Onun xüsusi mülkiyyətində və icarəsində 100 hektardan çox əkin sahəsi var. növbəli əkin sistemi tətbiq edən fermer hər il 50-60 hektar sahədə taxıl əkir. Əkib-becərdiyi sahənin hər hektarından 30 sentnerdən çox məhsul əldə edərək ildə 200 tona yaxın məhsul istehsal edir.
    Eləcə də fermerin 80 baş xırda və 30 baş iri buynuzlu mal-qarası var. O, mal-qaradan aldığı ağartı məhsullarını rayon və paytaxt bazarlarında satır. Təkcə 2016-cı ildə əkin sahələrinin əkilib-becərilməsinə görə Dövlət tərəfindən verilən 1500 manatdan çox yardım almışdır.

  

Keçidlər