Şriftin ölçüsü :

Saytın rəngi :

Əzizov Əfqan Yaqub oğlu

  1959-cu il Ermənistan SSR-nin keçmiş Basarköçər rayonunun Ağkilsə kəndində anadan olub. 1966-cı ildə Ağkilsə kənd orta məktəbində birinci sinifə gedib. 1976-cı ildə həmin məktəbi bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1980-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi şöbəsinə daxil olub. 1983-cü ildə Ağkilsə kəndində baş zotexnik vəzifəsində işləyib. 1985-ci ildə institutu bitirib. 1988-ci ildə Dağlıq Qarabağ hadisəsi ilə əlaqədar olaraq Ermənistan SSR-dən qaçqın düşərək İsmayıllı rayonunun Kəlbənd kəndində məskunlaşmışdır. Həmin ildən Girdiman toxumçuluq təsərrüfatında çalışmışdır. 1996-cı ildən İsmayıllı rayon Kəlbənd kənd tam orta məktəbində Hərbi hazırlıq dərsini tədris edir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Əsas məşğuliyyəti arıçılıqdır. Dədə-babadan arıçılıq təsərrüfatı ilə məşğul olmuşlar. Hal-hazırda da arıçılıq təsərrüfatı ilə  bütün ailə üzvləri məşğul olur. Belə ki, 2 qardaşı və 1 bacısı da arıçılıqla məşğuldur.
    Təsərrüfatda Qabaqtəpə cinsindən olan arı bəslənir. Hazırda 70 arı ailəsi var. Fermer hər il 700-800 kq bal istehsal edərək daxili bazarda satır. Fermer arı ailələrinin satışı ilə məşğuldur.

 

Keçidlər