Bəbirov Aqil Mazan oğlu
Tircan kəndində fəaliyyət göstərən qoyunçuluq təsərrüfatına rəhbərlik edir. O, 1979-cu ildə Tircan kəndində anadan olub. Orta təhsillidir. Əmək fəaliyyətinə isə 1997-ci ildə yaratdığı təsərrüfatda başlayıb.
Fermerin 450 baş ana qoyunu və 30 baş iri buynuzlu mal-qarası var. Onun icarəsində 100 ha yay və 300 ha qış otlaq sahəsi var. Aqil Bəbirov qardaşları ilə birlikdə fəaliyyət göstərir. Hər 100 baş ana qoyundan 96-98 baş quzu alınır. Hər qoyundan isə 2-2,9 kq yun qırxılır. Fermer rayonda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında fəal iştirak edir.
Aqil Bəbirov heyvanların qüvvəli yemə olan tələbatını ödəmək üçün hər il ona və ailəsinə verilmiş pay torpaq sahəsini əkib becərir.
Aqil Bəbirov əkin sahələrinin becərilməsinə görə dövlət tərəfindən verilən yardımdan faydalanır. Təsərrüfatda 4 ailə çalışır və əmək haqqı alır.