Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsibov Sarıbəy Bayram oğlu

1976-cı ilin yanvar ayının 4-də Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub. 1-ci sinifə öz doğma kəndində getsə də 10-cu sinfi İsmayıllı rayonunun Kəlbənd kənd tam orta məktəbində bitirmişdir. Orta təhsillidir.

    1994-cü ildən 1997-ci ilədək N saylı hərbi hissədə xidmət edib. Ordudan tərxis olunduqdan sonra bir müddət ticarətlə məşğul olub. 2004-cü ildə Çevik Polis Alayında çavuş rütbəsində əmək fəaliyyətini davam etdirib. 2007-ci ildə səhəti ilə əlaqədar istefaya buraxılıb və Kəlbənd kəndinə qayıdıb. O, vaxtdan da təsərrüfatla məşğul olur. O, hər il 30 hektardan çox sahədə payızlıq dənli bitkilər əkir. Sarıbəy Nəsibov əkib-becərdiyi taxıl sahələrindən 25-27 sentner məhsul əldə edir. S.Nəsibov da digər fermerlər kimi dövlət tərəfindən verilən yardımlardan faydalanır.
    Üzümçülüyün inkişafı ilə əlaqədar fermer yeni üzüm bağları salmış və bu istiqamətdə fəaliyyətini davam etdirir.

                          

Keçidlər