Şriftin ölçüsü :

Saytın rəngi :

Həmidov Füzuli Həmid oğlu

  25 sentyabr 1962-ci ildə Cülyan kəndində anadan olub. 1970-ci ildə Cülyan kənd 8-illik məktəbinin 1-ci sinfinə gedən Füzuli 1980-ci ildə İsmayıllı şəhər 3 nömrəli məktəbinin 10-cu sinfini bitirmişdir. O, 1981-1983-cü illərdə Novosibirck şəhərində hərbi xidmətdə olmuşdur. 1983-cü ildə rayon İstehlak Cəmiyyətində satıcı kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə Füzuli Həmidov İsmayıllı konserv şirə zavodunda hazır məhsullar anbarının müdiri işləmişdir. Daha sonra Füzuli Həmidov tədarük kontorunda çalışmışdır.
    1996-cı ildən mövcud fermer təsərrüfatını yaratmışdır. Onun təsərrüfatında 500 baş xırda və 10 baş iri buynuzlu mal-qara var. Hər 100 baş ana qoyundan 100 baş quzu, hər qoyundan isə 2,5-2,7 kq yun əldə edir. Fermerin icarəsində 85 hektar yay otlaq sahəsi vardır. Qış otlaq sahəsinə olan ehtiyacını isə mövsümü qaydada ödəyir. Təsərrüfatda 5 ailə işləyir.

  

Keçidlər