Şriftin ölçüsü :

Saytın rəngi :

Aspiland MMC

 

  Aspiland MMC-nin Kürdmaşı kəndində 53 hektar, Aşıqbayramlı kəndində isə 61 hektar olmaqla cəmi 114 hektar üzüm bağları vardır. Cəmiyyətin icraçı direktoru Şəfizadə Əjdər Rövşən oğludur.
    Cəmiyyətin rayonumuzdakı nümayəndəsi Nəcəfov Ağarəhim Ağasəf oğlu sahə rəisi vəzifəsini daşıyır. A.Nəcəfov 24.01.1956-cı ildə Kürdmaşı kəndində anadan olub. Orta ixtisas təhsili əmtəəşünasdır. Əvvəllər univermaq direktoru, sonralar isə Kürdmaşı Fəhlə istehlak cəmiyyətində əmtəəşünas işləyib.
    Aspiland MMC üzüm bağlarını 2008-ci ildə salmışdır. Burada rislinq, vioqner, marselan, kolumbard, merlot, kabrne-savinyon kimi texniki sortlarla yanaşı kardinal, prima, sultanino, italya süfrə sortları da becərilir.
    Cəmiyyətin üzüm bağlarından hər il orta hesabla 400-500 ton yüksək keyfiyyətlı məhsul istehsal edilr. Texniki sortlardan istehsal edilmiş məhsul cəmiyyətə məxsus şərab zavoduna təhvil verilir. Süfrə sortlarından əldə olunan məhsul isə daxili bazarda satılır.
    Cəmiyyətin mövcud üzüm bağlarında 22 nəfər daimi işçı çalışır və orta aylıq əmək haqqı 200 manat təşkil edir. Mövsümü işlərə isə əlavə olaraq 20-30 nəfər işçi cəlb olunur.
    Cəmiyyət kənddə olan az təminatlı ailələrə də diqqət və qayğı ilə yanaşır.

  

  

Keçidlər