İsmayıllı rayonu üzrə boş olan iş yerləri haqqında MƏLUMAT
21 may 2013-cü il tarixdə İsmayıllı şəhərində “KÜR Elektron Avadanlıqları İstehsalı” MMC-nin İsmayıllı Regonal Texniki Servis Mərkəzinin açılışı keçirildi. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət Vəkili Novruzəli Aslanov, “KÜR Elektron Avadanlıqları İstehsalı” MMC-nin baş direktoru Rizvan Osmanov, “Azərpoçt” DM-nin baş direktoru Qəmbər Bəybalayev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İsmayıllı UADM-nin metodisti Gülnar Mikayılova çıxış edərək 2013-cü ilin cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsindən, bu sahədə görülən işlərdən, İsmayıllıda belə bir Mərkəzin açılmasının əhəmiyyətindən danışmış, 21-ci əsrdə bu sahədə biliklərin artırılmasını vurğulamışlar.
21 may 2013-cü il tarixində Aqrar məsələlər şöbəsinin təşəbbüsü ilə Rayon İcra Hakimiyyətində 30 nəfər arıçının iştirakı ilə seminar-müşavirə keçirildi. Müşavirədə rayonda arıçılığın hazırki vəziyyəti müzakirə edildi və qarşıda duran problemlər müəyyənləşdirildi. Qeyd olundu ki, hazırda rayonda 436 nəfər arıçılıqla məşğul olur ki, onların da təsərrüfatlarında 5491-dən çox arı ailəsi vardır.
18 may 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətində Aqrar məsələlər şöbəsinin təşəbbüsü ilə rayonda taxıl biçini kompaniyasının hazırlığı ilə əlaqədar müşavirə keçirildi.
Gənclərin arzuladığı gün gəlib çatıb, istədikləri meydan onlara verilib. Gənclər siyasi, ictimai, iqtisadi, ideoloji proseslərə daha geniş miqyasda cəlb olunurlar. Bu görüşlərin ən əhəmiyyətli tərəflərindən biri odur ki, tərəddüdlü mövqedən gənclər uzaqlaşırlar, bir-birini daha yaxından tanıyırlar, qüvvələri birləşdirə bilirlər, aralarında vəhdət, fikir, arzu və təkliflərinə, mövqelərinə rayon rəhbərliyi tərəfindən hörmətli yanaşma görəndə cəmiyyət üçün daha gərəkli olduqlarını düşünürlər.