İsmayıllı rayonu

 İsmayıllı rayonu inzibati rayon kimi 1931-ci ilin noyabr ayında təşkil olunmuşdur.

Sahəsi 2074 km2-dir. Rayon 40035' və 41005' şimal enliyi, 47045' və 48030' şərq uzunluqları arasında yerləşir. Əhalisi 75017 nəfərdir (01.01.2002).

Tərkibinə 1 şəhər (İsmayıllı şəhəri), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir. Rayon mərkəzi olan İsmayıllı şəhəri 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır (40047' şimal enliyi, 48010' şərq uzunluğu).

Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Şimaldan Quba rayonu, şimal-şərqdən Şamaxı rayonu, cənub-şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub-qərbdən Göyçay rayonu, qərbdən və şimal-qərbdən isə Qəbələ rayonları ilə əhatələnib.


MEQA şirkətinin istehsalı